Rusiya XİN Türkiyə və Ermənistan nümayəndələrinin görüşü ilə bağlı BƏYANAT YAYDI

14-01-2022, 19:08           
Rusiya XİN Türkiyə və Ermənistan nümayəndələrinin görüşü ilə bağlı BƏYANAT YAYDI
“Türkiyə və Ermənistanın danışıqlar üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan apardıqları danışıqlardan sonra ortaq nöqtələri müəyyən etmək üçün konstruktiv və qeyri-siyasi şəkildə dialoq aparmağa razılaşıblar”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İki ölkə xalqlarının rifahı, regionun sabitliyi və iqtisadi çiçəklənməsi naminə təmas nöqtələrin arayışının davam etdirilməsi razılaşdırılıb”, – nazirlik bildirib.

Qeyd olunub ki, görüş Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun vasitəçiliyi ilə baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru