Paşinyandan hiyləgər gediş: - “Ermənilərlə güc dilində danışmalıyıq”

18-01-2022, 19:24           
Paşinyandan hiyləgər gediş: -
“Ermənistanın müvafiq dövlət qurumları, xüsusən də, xarici işlər və müdafiə nazirlikləri Baş nazir Nikol Paşinyanın tezislərinə, göstərişlərinə artıq tam tabe olmur”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda sülh əleyhinə olan müəyyən qüvvələr münaqişəni yenidən gündəmə gətirmək və vəziyyəti gərginləşdirməyə çalışırlar:

“İnanmıram ki, Ermənistanın vəziyyətə təsir etməsi üçün potensialı var. Ermənistan hökuməti son iki ayda müəyyən dərəcədə müsbət addımlar atıb”.

Maraqlıdır, hazırda Paşinyan hakimiyyətinin fərqli açıqlamlar verməsinin əsas səbəbi nədir? Həqiqətən dövlət qurumları Baş nazirə tabe olmur? DİA.AZ-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Nikol Paşinyan faktiki olaraq öz komandasının lideridir:

“Onun dediklərini komandasının üzvləri yerinə yetirirlər. Hansısa fərqli bəyanatların səsləndirilməsinin səbəbi, Paşinyanın onların dili ilə Azərbaycana və beynəlxalq aləmə mesaj göndərmək istəməsidir.

Ona görə də Paşinyanın hökumətinin yarısının fərqli şəkildə düşündüyü doğru deyil. Çünki Paşinyan da, digər erməni liderləri kimi həddindən artıq məkrli və hiyləgərdir.

O, ikiüzlü olduğu üçün sözünü başqasının ağzı ilə dedirtdirir. Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, amma komanda üzvləri buna mane olduğunu düşünmək sadəlövh yanaşmadır. Hesab edirəm ki, belə bir şey yoxdur və birmənalı şəkildə bütün dövlət qurumları Paşinyana tabedir.

Lakin onun nə deyib-deməməsindən asılı olmayaraq Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atmağa məcbur qalacaq. Ümumiyyətlə, biz ermənilərlə güc dilində danışmalıyıq və bütün sahələrdə güclü olmalıyıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.