Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ həbçisinin yerləşdirilməsi planını təqdim edib

24-01-2022, 10:22           
Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ həbçisinin yerləşdirilməsi planını təqdim edib
ABŞ Şərqi Avropa və Baltikyanı ölkələrə 5000-ə qədər əsgər, gəmi və təyyarə göndərə bilər.

Trend xəbər verir ki, bu barədə The New York Times nəşri müdafiə qurumunda məlumatlı mənbəyə istinadən yazır.

Qeyd olunur ki, ABŞ prezidenti Co Bayden Baltikyanı ölkələrə və Şərqi Avropaya bir neçə min ABŞ əsgəri, eləcə də döyüş gəmiləri və təyyarələri yerləşdirmək imkanını nəzərdən keçirir.

Vurğulanır ki, Kemp Deviddə (ABŞ prezidentinin Merilenddəki iqamətgahı) görüşdə yüksək rütbəli Pentaqon rəsmiləri Baydenə Şərqi Avropa ölkələrinə 1000-dən 5000-ə qədər əsgər göndərilməsini, "vəziyyət pisləşərsə" bu sayın 10 dəfə artırılmasını nəzərdə tutan bir neçə variant təqdim edib.

ABŞ prezidentinin müvafiq qərarı bu həftə verəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru