Aİ Azərbaycandan qaz tədarükünə ümid edir

31-01-2022, 09:34           
Aİ Azərbaycandan qaz tədarükünə ümid edir
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın, fövqəladə vəziyyət yaranarsa, Avropaya daha çox qaz tədarük etməyə hazır olduğunu deyib.
"Avropa İttifaqı Rusiyadan tədarükün azalacağı təqdirdə ABŞ, Qətər və Azərbaycan kimi ölkələrin qaz tədarükünü kompensasiya edəcəyini gözləyir". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu fikirləri öz bloqunda Avropa Parlamentinin rəhbəri Josep Borrell yazıb.
Borrell hesab edir ki, Avropada təhlükəsizlik danışıqları uğursuz olarsa, Rusiyadan Aİ-yə qaz nəqlinin azalması və ya hətta dayandırılması baş verə bilər.
Qeyd edək ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın, fövqəladə vəziyyət yaranarsa, Avropaya daha çox qaz tədarük etməyə hazır olduğunu deyib.
"Əgər Türkiyədəki kimi kəskin ehtiyac yaransa, əlbəttə ki, müəyyən əlavə həcmlər əlçatan olacaq", - deyə səfir bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan daha çox qaz hasil edə və Cənub Qaz Dəhlizinin gücünü artıra bilər. Ölkə həmçinin Türkmənistan qazını da nəql edə bilər, belə ki, hər iki ölkə Xəzər dənizində "Dostluq" yatağının birgə işlədilməsi niyyətindədir.
Qeyd edək ki, rəsmi Moskva dəfələrlə Rusiyanın Avropaya qaz tədarükü ilə bağlı müqavilə öhdəliklərini həmişə qüsursuz yerinə yetirdiyini və onun etibarlılığına şübhə etməyə əsas olmadığını bəyan edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir qədər əvvəl deyib ki, Rusiya Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir bəhanə yaratmır. Onun sözlərinə görə, Rusiya istisna etmir ki, Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriya Kiyevin Donbasla bağlı Minsk razılaşmalarını sabotaj etmək xəttinin ört-basdır edilməsi məqsədini daşıyır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya isteriyası yalan və saxtakarlıqla doludur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.