"Putinin oliqarxları üçün gizlənəcək yer qalmayacaq" - Britaniya XİN başçısı

31-01-2022, 09:56           
"Putinin oliqarxları üçün gizlənəcək yer qalmayacaq" - Britaniya XİN başçısı
"Gələn həftə Rusiyaya qarşı sanksiyalarla bağlı təkmilləşdirilmiş qanunvericilik elan edəcəyik".
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Liz Tras "Sky News" kanalına müsahibəsi zamanı deyib.

Rusiyaya qarşı iqtisadi sanksiyaların necə genişləndirilə biləcəyi ilə bağlı ətraflı məlumat verən xarici işlər naziri bildirib ki, hökumət Kreml üçün əhəmiyyət kəsb edən istənilən şirkəti hədəfə almaq istəyir.

Nazir bildirib ki, onların bir nömrəli prioriteti Rusiyanı Ukraynanı işğal etməkdən çəkindirməkdir:

“Vladimir Putinin oliqarxları və Rusiya dövlətinin dəstəklənməsi ilə məşğul olan rus şirkətləri üçün gizlənəcək yer qalmayacaq”.

Liz Trass onu da vurğulayıb ki, bu Rusiya üçün asan olmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.