"ABŞ Rusiyaya qarşı preventiv sanksiya tətbiq etmək fikrində deyil" - Nuland
1-02-2022, 08:03
Ağ Ev hesab edir ki, Ukraynaya ehtimal olunan soxulmaya qədər (bəzi senatorlar bunu ehtimal edirdilər) anti-Rusiya sanksiyalarının mənası yoxdur.
Bu barədə CBS-in efirindən ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib.
Aparıcı soruşur, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı məhdudiyyət ölçülərini nəzərdə tutan qanun layihəsi üzərinə veto qomaq fikrində deyil ki, əgər o, preventiv tədbirləri nəzərdə tutursa? Nuland suala birbaşa cavab verməyib, amma göstərib ki, administrasiya Konqreslə aktiv işləyir. Bu zaman DD başçısının müavini göstərib ki, idarə preventiv məhdudiyyətlərin tətbiqinə qarşıdır.
«Çəkindirmə o zaman hər şeydən yaxşı işləyir ki, ortada bəzi strateji qeyri-müəyyənlik var - məhz nəyi etmək istəyirik» - diplomat deyib.
O, xatırladıb ki, sanksiyalar iqtisadi tədbirləri nəzərdə tutur: ixraca nəzarəti və Rusiya elitasına qarşı ölçülər.
«Amma əgər biz, indi sirri açarıqsa, o zaman Rusiya nəticələrin yumşaldılması istiqamətində tədbirlərə başlaya bilər və bu, bizə mənasız görünür» - Nulad əlavə edib.
Bu zaman Nuland bəyan edib ki, hazırlanan sanksiyalar Rusiyaya güclü zərbə vurmalıdır.