Bayden Zelenski ilə telefon söhbətindən danışıb

1-02-2022, 08:15           
Bayden Zelenski ilə telefon söhbətindən danışıb
ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının məhsuldar keçdiyini bildirib. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Prezident Zelenski ilə məhsuldar söhbətimiz oldu və biz diplomatik əlaqələri mütəmadi davam etdiririk”, - Amerika lideri jurnalistlərə deyib.

Qeyd edək ki, prezidentlərin telefon danışığı ötən həftə baş tutub. Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib. Onun sözlərinə görə, dövlət başçıları gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri müzakirə ediblər və gələcək üçün birgə hərəkətlər barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru