"ABŞ Rusiyanın nüvə gücünü Ukrayna sərhədində yerləşdirdiyini müşahidə etmir" - Nuland

1-02-2022, 08:26           
"ABŞ Rusiyanın nüvə gücünü Ukrayna sərhədində yerləşdirdiyini müşahidə etmir" - Nuland
Birləşmiş Ştatlar hazırda Rusiyanın nüvə silahının və onun daşıyıcı vasitələrinin Ukrayna sərhədində yerləşdirdiyini qeydə almır.

Bu barədə yanvarın 30-da ABŞ Dölət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland CBS telekanalının efirindən bəyan edib.

«Biz, nüvə silahının yerdəyişməsini görməmişik. Rusiyada insanlar arasında bəzi boş söhbətlər olub. Amma bildiyiniz kimi, Rusiyada artıq Kalininqradda və başqa yerlərdə taktiki nüvə silahı var ki, onlar Avropanı vura bilər» - Nuland bəyan edib.

Bununla yanaşı, o, ABŞ və Rusiyanın təhlükəsizlik qarantiyası tələbləri barədə mümkün danışıqları şərh edib.

Nulandın fikrincə, ABŞ və Rusiya orta və uzaq mənzilli raketlərin yerləşdirilməsi məsələlərini müzakirə etməyə hazırdır. O, Moskvanın Vaşinqtondan hiss etdiyi və əksinə, təhdid məsələsinin müzakirəsini beləcə mümkün hesab edib. Tərəflər həm də təlimlər və ordunun yerləşdirilməsi məsələlərini müzakirə edə bilərlər - ancaq yalnız qarşılıqlı əsaslarla.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.