Parlamentdə Saakaşvilinin şəkli qaldırıldı, ara qarışdı - Foto

2-02-2022, 10:18           
Parlamentdə Saakaşvilinin şəkli qaldırıldı, ara qarışdı - Foto
Ötən gün Gürcüstan parlamentinin yaz sessiyasının açılışında Vahid Milli Hərəkat Partiyasının deputatları eks-prezident Mixail Saakaşvilini dəstəkləyən pankart açıblar.

Axar.az xəbər verir ki, VMH üzvlərinin bu addımı hakim partiya nümayəndələri tərəfindən tənqid olunub.

Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Kobaxidze Vahid Milli Hərəkat üzvlərinin parlamentin iclas zalında Saakaşvilinin şəklini açaraq, ona azadlıq tələb etmələrini demokratik sistemə xeyir verə bilməyən bir siyasi addım kimi qiymətləndirib:

“Təəssüf ki, Vahid Milli Hərəkat bu ölkəyə, demokratik sistemə xeyir verə bilməyən siyasi qüvvədir və gözləntiləri də elə buna uyğundur. Parlamentin işində onlardan heç bir konstruktiv töhfə gözləmirik, bu, onların keçmişi, bu günü və gələcəyi ilə bağlı acı bir reallıqdır. Bu gün (ötən gün - red.) Gürcüstanın dövlət himninin fonunda parlamentin zalında Saakaşvilinin, bu patoloji adamın pankartını açıblar ki, bu, onlar üçün ölkənin də, dövlətin də, vətənin də Saakaşvili olduğu anlamına gəlir. Belə bir siyasi qüvvədən, belə insanlardan xeyirxahlıq gözləmək lazım deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.