KTMT baş katibi fevralın 16-da BMT Təhlükəsizlik Şurasında çıxış edəcək

2-02-2022, 10:23           
KTMT baş katibi fevralın 16-da BMT Təhlükəsizlik Şurasında çıxış edəcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas fevralın 16-da BMT Təhlükəsizlik Şurasında beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi mövzusunda çıxış edəcək. O, xüsusilə, KTMT-nin Qazaxıstanda vəziyyəti sabitləşdirmək üçün göstərdiyi səylərdən bəhs edəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

V.Nebenzya deyib: "Fevralın 16-da beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə subregional təşkilatlar, bizim halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında əməkdaşlığa dair müzakirələr olacaq. Biz həmkarlarımızı KTMT-nin fəaliyyəti, Qazaxıstanda və bütövlükdə Mərkəzi Asiyada vəziyyəti sabitləşdirmək üçün təşkilatın kollektiv səyləri barədə məlumatlandırmağı, KTMT baş katibi Stanislav Zasın brifinqini dinləməyi vacib hesab edirik".

O qeyd edib ki, BMT-nin baş katibi Antonio Quterreş gündəlikdəki bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasında çıxış etməyə hazır olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru