Zaxarova Ukraynanı hədələdi: Suriyaya baxın!

2-02-2022, 11:02           
Zaxarova Ukraynanı hədələdi:
Kiyev administrasiyası İraq, Suriya və Liviya... - ABŞ-ın işğal etdiyi digər ölkələrin taleyini xatırlamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Kin və təkəbbürlə dünyanın hər tərəfinə daxil olaraq ölüm və xaos yayırlar. Kiyev rejiminin idarəediciləri bu ifrat eybəcərliyin cinayət ortağı olmaq istəsələr belə, bu rolun kuratorlar tərəfindən onlara verilməyəcəyini anlamalıdırlar. Ukrayna kontekstində Hollivud qaydalarına uyğun lentə alınacaq növbəti filmdə “istehsalat qəzası” terminindən istifadə ediləcək”, - deyə Zaxarova bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru