“GUAM yaratmışdılar, bizə qətiyyən xoş deyildi. İşləmədi... ” RUSİYANIN LONDONDAKI SƏFİRİ

2-02-2022, 11:23           
“GUAM yaratmışdılar, bizə qətiyyən xoş deyildi. İşləmədi...
Ukrayna, Böyük Britaniya və Polşa arasında yeni siyasi əməkdaşlıq formatı ancaq “boşboğazlıqdır” və belə ittifaqın heç bir perspektivi yoxdur. Bu haqda Rusiyanın Londondakı səfiri Andrey Kelin “SolovyovLive” YouTube kanalında deyib.

Diplomat bildirib ki, Şərqi Avropada bundan əvvəl də bu cür kiçik ittifaqlar yaratmaq cəhdi olmuşdu. Misal kimi o, Vışeqrad qrupunu-Çexiya, Polşa, Macarıstan və Slovakiyanın ittifaqını göstərib. “Sonra amerikalılar Baltik-Qara dəniz zolağı yaratmaq cəhdi etdilər, fikrimcə bu ideya ümumiyyətlə reallaşmadı. GUAM yaradıldı, hər halda o bizə qətiyyən xoş deyildi-bu Gürcüstan, Ukrayna, Moldova, Azərbaycanı birləşdirirdi, amma işləmədi”, - səfir əlavə edib.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru