ABŞ İrana qarşı sanksiyaları qismən ləğv edəcək

3-02-2022, 08:04           
ABŞ İrana qarşı sanksiyaları qismən ləğv edəcək
ABŞ Tehrana qarşı sanksiyaların yalnız bir hissəsini ləğv etməyə razılaşıb, lakin hazırkı şərtlər nüvə sazişi üzrə razılaşmaya ümid etməyə əsas verir. Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəsmi nümayəndəsi Mahmud Abbaszadə Meşkini deyib.

"Danışıqlar prosesində müsbət məqamlar var, lakin razılaşdırılmalı olan mühüm məsələlər var. Təbii ki, İranın bütün sanksiyaları ləğv etmək hüququ var, lakin hazırda qarşı tərəf onların yalnız qismən götürülməsinə razılaşıb", - Meşkini qeyd edib.

Qeyd edək ki, yanvarın 3-də Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqların səkkizinci raundu bərpa olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.