Putin və Conson arasında telefon danışığı olub

3-02-2022, 08:47           
Putin və Conson arasında telefon danışığı olub
Böyük Britaniyanın Baş naziri Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər Ukraynadakı vəziyyəti, habelə təhlükəsizlik zəmanəti məsələlərini müzakirə ediblər.

Rəsmi Londonun məlumatında isə qeyd olunub ki, B.Conson V.Putinlə söhbətində diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməsinin labüdlüyünü vurğulayıb.

Britaniyanın baş naziri Rusiyanın Ukrayna ilə sərhəddəki fəaliyyətindən də “dərin narahatlığını” ifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.