Belarus Ukraynaya nota verdi

3-02-2022, 16:08           
Belarus Ukraynaya nota verdi
Belarus XİN-i yanvarın sonunda Ukrayna tərəfindən ərazisinə kəşfiyyat üçün pilotsuz təyyarənin göndərilməsilə bağlı rəsmi Kiyevə etiraz edib.

Axar.az xəbər verir ki, bu barədə Belarus XİN-ni məlumat yayıb.

Məlumata görə, cihaz silahlı qüvvələr tərəfindən məcburi yerə endirilib. Avadanlığın məlumatlarının təhlili əsasında onun Ukrayna ərazisindən Brestski hərbi poliqonu üzərində qeyri-qanuni kəşfiyyat fəaliyyətinin aparılması məqsədilə buraxıldığı dəqiqləşib.

Qeyd edək ki, Ukraynanın Belarusdakı səfiri İqor Kizim XİN-ə çağırılıb və ona hadisə barədə kəskin etiraz edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.