Avropa İttifaqında covıd-sertifikatın etibarlıq müddətini daha bir il uzadıblar

3-02-2022, 17:53           
Avropa İttifaqında covıd-sertifikatın etibarlıq müddətini daha bir il uzadıblar
Avropa Komissiyası Aİ-də elektron covıd-sertifikatın etibarlıq müddətini daha bir il uzatmağı qərara alıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib.

“Avropa Komissiyası Avropa İttifaqı ölkələrində covıd-sertifikatın etibarlıq müddətinin bir illiyə - 2013-cü il iyunun 30-dək uzadılması haqqında təklifi təsdiqləyib. Biz ilin ikinci yarısında xəstəliyin artmasına, yaxud koronavirusun yeni ştamlarının meydana gəlməsinə hazır olmalıyıq”, - deyə o vurğulayıb.

Avropa sertifikatı Aİ daxilində vətəndaşların hərəkət sərbəstliyinə zəmanət verir. Sertifikatda COVID-19 əleyhinə vaksinasiya ilə yanaşı, xəstəlikdən sonrakı bərpa və ya testin mənfi nəticəsi barədə məlumatlar əksini tapır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru