Ermənilərdən sonra yunanlar da... - Mübahisə yaradan fotolar
12-02-2022, 00:00

Cənubi Kiprin Protaras bölgəsində çəkilən görüntülər gündəm olub.
Teleqraf.com xəbər verir ki, Şərqi Aralıq dənizində yürütdüyü siyasətlə bölgədəki gərginliyin artmasına səbəb olan Yunan Kipri bu dəfə ağır silahlarla keşişlərə təlim keçib.

Şimali Kipr Türk Cümhuriyyətinə aqressiv münasibətlə yanaşan Cənubi Kipr rəhbərliyi əlinə silah verdiyi din adamlarını da oyuna cəlb edib. Cənubi Kipr rəhbərliyi tərəfindən yayımlanan görüntülərdə keşişlərin əllərində ağır silahlarla ola biləcək müharibə və ya hücuma qarşı məşq etdikləri görülüb.

Atıcılıq təlimində müvəffəqiyyət qazanan keşişlərə mükafatlar təqdim olunub.

Sosial şəbəkələrdə yayımlanan görüntülər hətta Cənubi Kipr mətbuatının da reaksiyasına səbəb olub.
Baş verənlərdən sonra kilsə açıqlama verib. Kilsə din adamlarının həmişə yaxşı münasibətdə olduqları ordunun dəvəti ilə poliqona getdiklərini və sözügedən məşqlərin hərbi məqsədlə deyil, əyləncə məqsədi ilə təşkil olunduğunu iddia edib.
Cənubi Kiprdən əvvəl Ermənistan 44 günlük müharibədə erməni din adamlarını Azərbaycana qarşı silahlandırmışdı. Həmin günlərdə erməni din adamlarının silahla çəkilən fotoları müzakirələrə səbəb olmuşdu.
Müəllif: Mənsur Rəğbətoğlu