Bayden Putinlə danışacaq

12-02-2022, 09:02           
Bayden Putinlə danışacaq
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden Amerika tərəfinin təşəbbüsü ilə fevralın 12-də, şənbə günü telefon danışığı həyata keçirməyi planlaşdırırlar.

Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov vurğulayıb ki, bununla bağlı ABŞ tərəfinin yazılı müraciəti olub.

Qeyd edək ki, Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Putin və Bayden arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru