Kuleba NATO ilə görüşdə qeyri-uçuş zonasına çağıracaq

4-03-2022, 11:23           
Kuleba NATO ilə görüşdə qeyri-uçuş zonasına çağıracaq
Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba deyir ki, martın 4-də NATO üzvləri ilə görüşdə Ukrayna üzərində qeyri-uçuş zonası məsələsini qaldıracaq.

DİA.AZ xəbər verir ki, Kiyev Rusiya hərbi təyyarələrinin girişinin önlənməsindən ötrü Qərb liderlərini qeyri-uçuş zonası elan etməyə çağırır. Amma Vaşinqton və NATO müttəfiqləri bu ideyanı rədd edib, bunun Rusiya ilə birbaşa qarşıdurmaya aparacağından ehtiyatlanırlar.

Ukrayna liderləri bu cavabı qəbul etmirlər. Prezident Volodimir Zelenski martın 3-də mətbuat konfransında bu məsələni yenidən qaldırıb. Prezidentin müşaviri Mixaylo Podolyak isə daha öncə Twitter-də bu haqda yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru