ABŞ Rusiya ilə əlaqəli təşkilat və şəxslərə qarşı məhdudiyyətlər qoyur

4-03-2022, 11:53           
ABŞ Rusiya ilə əlaqəli təşkilat və şəxslərə qarşı məhdudiyyətlər qoyur
Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar ABŞ Ticarət Nazirliyi Rusiya Federasiyası ilə əlaqəli 91 təşkilat və fiziki şəxs üçün daha sərt ixrac nəzarəti rejimi tətbiq edir. AzVision.az xəbər verir ki, bu barədə məlumat Federal Reyestrin elektron bazasında - ABŞ hökumətinin sənədlər toplusunda yerləşdirilib.

"ABŞ hökuməti hesab edir ki, bu qurumların fəaliyyəti ABŞ-ın xarici siyasətinin və milli təhlükəsizliyinin maraqlarına ziddir. Onlar Rusiya təhlükəsizlik xidmətlərində, hərbi və müdafiə sahəsində tədqiqat və inkişafda iştirak etmiş, onlara töhfə vermiş və ya başqa cür dəstək veriblər",-deyə, məlumatda deyilir.

Topluda izah edilir ki, ümumilikdə 91 maddə ixrac nəzarəti rejiminin gücləndirilmiş siyahısına daxil edilib. Onların əksəriyyəti - 81-i Rusiya Federasiyasında qeydiyyatdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru