Dneprdə yaşayan məşhur azərbaycanlı: - “Ancaq mən qalmışam...”

4-03-2022, 18:02           
 Dneprdə yaşayan məşhur azərbaycanlı: -
Rusiya qoşunlarının hücumuna məruz qalan Ukraynada müharibə davam edir.

Ötən günlər ərzində Ukraynanın bir çox əraziləri hava hücumuna məriz qalıb. Yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq Ukraynada yaşayan azərbaycanlılar da ciddi təhlükə ilə üzləşiblər. Bununla bağlı son günlər bir çox soydaşlarımız ölkəni tərk etmək məcburiyyətində qalıblar. Teref.az xəbər verir ki, hazırda Dnepr vilayətində yaşayan Ukrayna Azərbaycanlılar Radasının Dnepr vilayətinin təşkilat sədri Eldar Tağıyev Cebhe. info-ya açıqlamasında vəziyyətin gərgin olduğunu bildirdi:

“Hazırkı vəziyyətlə bağlı onu deyə bilərəm ki, Dneprdə böyük bir yaşayış binasında yaşasaq da, bu gün burada demək olar ki, heç kəs yoxdur. Hamı ərazini tərk edib. Hava həyəcanı eşidilir, ərazidə heş kəs yoxdur. Vəziyyət çox pisdir. Atəş dayanmır. Atılan raketlər şəhərin içinə düşməsə də, kənarına düşür. Fikirləşirəm ki, heç kəs yoxdur, mən burada nə qədər dayana bilərəm, mən də buradan çıxım. Tək nə qədər dayanacağam? İmkan edib çıxa bilsək, çıxarıq. İndi elə bizim evin yaxınlığında güclü partlayış baş verdi, hansısa ərazini vurdular. Mətbuatdan başqa televiziya olmadığı üçün heç nə görə bilmirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.