ABŞ NATO ölkələrinə Ukraynaya döyüş təyyarələri tədarükünə yaşıl işıq yandırıb

7-03-2022, 00:08           
ABŞ NATO ölkələrinə Ukraynaya döyüş təyyarələri tədarükünə yaşıl işıq yandırıb
Əgər NATO üzvü olan ölkələr Ukraynaya döyüş təyyarələri vermək qərarına gəlsələr, Birləşmiş Ştatlar onlara buna icazə verib. “Report” CNBS telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

ABŞ rəsmisi NATO üzvü olan Polşanın Ukraynaya döyüş təyyarələri verə biləcəyi ilə bağlı suala “buna yaşıl işıq yanıb”, - cavabını verib.

Dövlət katibi onu da qeyd edib ki, Varşava Ukraynaya təyyarələr göndərmək qərarına gəlsə, Vaşinqton polşalı qırıcıları əvəz etmək imkanları barədə düşünür.

“Əslində əgər onlar həqiqətən bu döyüşçüləri ukraynalılara tədarük etmək qərarına gəlsələr, biz polşalı dostlarımızla onların ehtiyaclarını ödəmək üçün nə edə biləcəyimiz barədə danışırıq”, - Blinken əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru