Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq

7-03-2022, 09:18           
Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun bu gün baş tutacağı gözlənilir.

“Report” xəbər verir ki, Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Ukraynanın “Strana” nəşrinə verdiyi məlumata görə, üçüncü tur əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək.

Araxamiyanın sözlərinə görə, danışıqlar Belovejskdə - Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Müzakirələrin faktiki olaraq martın 7-də baş tuta biləcəyini Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Sluski də təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru