Rusiyalı analar etiraz edirlər: “Bizim oğlanları niyə ora göndərdilər?” - VİDEO

7-03-2022, 10:08           
Rusiyalı analar etiraz edirlər:
Kemerovo vilayətinin (Kuzbass) qubernatoru Sergey Tsivilev Ukraynadakı müharibə ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün əsgər anaları ilə görüşüb.

Analar oğullarının niyə Ukraynaya göndərildiyi ilə bağlı suallarla ona müraciət ediblər.

“Bizim oğlanları niyə ora göndərdilər? Onlar hazır deyildilər. Baxın, onların 20 yaşı var. Bütün gənclər burada oturub. Bəs sizin oğlunuz haradadır? İnstitutda oxuyur?!”, - deyə qadınlar etiraz ediblər.

Analar, həmçinin uşaqlarının aldadıldığını, təlim adı ilə müharibəyə aparıldığını bildiriblər.

Mənbə: “Unian”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru