Rusiya QƏTİ XƏBƏRDARLIQ ETDİ: Ukraynaya dəstək verən ölkələr müharibəyə qoşulmuş olacaqlar
7-03-2022, 12:06
“Ukrayna təyyarələri qonşu ölkələrin ərazisindən istifadə etsə, bu, həmin ölkənin müharibəyə qoşulması deməkdir”.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən xəbərdarlıq edilib. Bildirilib ki, Ukrayna təyyarələrinin qonşu ölkələrə keçdiyinə dair təsdiq edilmiş məlumatlar var:
“Digər ölkələrin hərbi bazalarını Ukrayna təyyarələrinə açması və bu qırıcılardan Rusiyaya qarşı istifadə edilməsi həmin ölkələrin silahlı toqquşmaya qoşulması kimi dəyərləndiriləcək”.
Qeyd edək ki, Polşanın Ukraynaya təyyarələr verə və Ukrayna qırıcılarını dəstəkləyə biləcəyi barədə xəbərlər yayılıb.