RUSİYANIN ADAMI BAŞ NAZİR, ZELENSKİ İSƏ... - Moskvanın danışıqlardakı şərtləri açıqlandı

8-03-2022, 00:06           
RUSİYANIN ADAMI BAŞ NAZİR, ZELENSKİ İSƏ...
“Rusiya danışıqlarda Ukraynanın “dnr” və “lnr”-in müstəqilliyini, Krımı isə Rusiya ərazisi kimi tanımasını, eləcə də Yuri Boykonun Baş nazir təyin olunmasını istəyib”.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu tanınmış bolqarıstanlı jurnalist Xristo Qrozev özünün sosial şəbəkə səhifəsindəki paylaşımında bildirib.

Qrozev Rusiya ilə Ukrayna arasındakı həm rəsmi, həm də qeyri-formal, gizli danışıqlarda iştirak edən mənbələrinə istinad edərək yazıb ki, Rusiya üç şərt irəli sürüb: “Danışıqlar heyətinə yaxın olan iki nəfər mənə Rusiyanın şərtlərini açıqlayıblar:

1. Zelenski formal olaraq Prezident qalır, lakin Rusiya Boykonu Baş nazir təyin edir.

2. Ukrayna “lnr”, “dnr” və Krımı tanıyır.

3. NATO barədə heç bir söhbət ola bilməz.

Zelenski bu şərtləri qətiyyətlə rədd edib”.

Qeyd edək ki, Ukraynada rusiyapərəst siyasi bloka rəhbərlik edən Yuri Boyko son prezident seçkilərində cəmi 11 faiz səs toplayaraq, 4-cü yeri tutmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru