Rusiya elitası Putinə qarşı çıxır – Prezident yanında Şuranın 13 üzvü müharibəni dayandırmağa çağırdı

8-03-2022, 00:01           
Rusiya elitası Putinə qarşı çıxır –
Putinin öz komandası da parçalanır. Rusiya Prezidentinin yanında İnsan Hüquqları Şurasının 13 üzvü Ukrayna ilə müharibəni dayandırmağa çağırıb.

Şura üzvlərinin imzaladığı müraciətdə deyilir: “Rusiya ordusu qonşu ölkədə hərbi əməliyyatlar apardığı vaxtda çox ağır nəticələrlə qarşılaşırıq, o cümlədən insan hüquqlarının reallaşdırılması sahəsində. Hamıya bəllidir ki, hər iki tərəfdən artıq yüzlərlə adam öldürülüb. Son hadisələr vətəndaşların sosial və şəxsi hüquqlarını reallaşdırmasına ciddi maneələr yaradır.

“Exo Moskva” radiosunun və “Dojd” telekanalının qapadılması, eyni zamanda müxtəlif internet resursların bloklanması vətəndaşların hüquq və azadlıqları üçün ciddi risklərin yaranması deməkdir.

Yaranmış vəziyyətdə güman edirik ki, insanların Ukrayna ilə bağlı mövcud şərait haqqında fikirlərini ifadə etmək imkanı olmalıdır. Mövcud problemləri ordunun köməyi ilə həll etməyin qiyməti çox yüksək olur. Ukraynadakı hərbi əməliyyatları tezliklə dayandırıb danışıqlar müstəvisinə keçmək lazımdır. İnsan hüquq və azadlıqlarına qarşı yeni məhdudiyyətlər olmamalıdır. Qanunvericiliyə edilmiş yeni məhdudiyyətlərə yenidən baxılmalıdır”.

Müraciəti Şura üzvləri A.Asmolov, A.Verxovskiy, N.Evdokimova, İ.Kalyapin, S.Makovetskaya, T.Marqolina, L.Nikitinskiy, M.Polyakova, N.Svanidze, A.Sokurov, V.Ryaxovskiy, İ.Yurqens, S.Tsıplenkov imzalayıb./azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru