Peskov, Simonyan və Solovyova qarşı növbəti sanksiya! – KANADA “QARA SİYAHI”DA OLAN 10 NƏFƏRİN ADINI AÇIQLADI
8-03-2022, 08:13
Kanada hakimiyyəti Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar bu ölkədən olan daha 10 şəxsə qarşı sanksiya tətbiq edib. Qafqaz.media xəbər verir ki, bu barədə bazar ertəsi Kanadanın baş naziri Castin Trüdo bildirib.
"Bu gün Kanada bu əsassız işğalda iştirak edən 10 nəfərə qarşı yeni sanksiyalar elan edir. Siyahıya keçmiş və indiki yüksək rütbəli dövlət məmurları, oliqarxlar və Rusiya rəhbərliyinin tərəfdarları daxildir", - TASS Kanadanın baş nazirinin sözlərindən sitat gətirib.
Bu gün hökumətin saytında yerləşdirilən mesajda deyilir ki, Kanada hakimiyyəti Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovu, RT telekanalının baş redaktoru Marqarita Simonyanı sanksiyalar siyahısına əlavə edib. Teleaparıcı Vladimir Solovyov, Birinci Kanalın baş direktoru Konstantin Ernst, iş adamı Oleq Deripaska və daha beş nəfər də “qara siyahı”ya salınıb.