Ukrayna Rusiya danışıqları - nəticə 0
8-03-2022, 08:28

Rusiya ilə Ukrayna arasında 10 raund görüş keçirilsə də, indiki şərtlər daxilində real nəticə olmayacaq.
Çünki Kreml Ukraynanın əllərini qaldırıb təslim olmasını – Krım və Donbasın “müstəqilliklərini” tanımasını, silahsızlaşdırılmasını və neytral statusunu elan etməsini tələb edir. Danışıqlar davam etdiyi müddətdə Rusiyanın işğalçı ordusu Kiyevə yaxın şəhərləri bombalayırdı.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu yazır.
Tərəflərin ikinci görüşündən sonra mülki əhalinin çıxması üçün şəhərlərdə koridorların açılması nəzərdə tutlmuşdu. Kreml bütün koridorların Rusiya ərazisinə uzanmasını istəyib. Evi dağılan, doğmasını itirən, işsiz qalan ukraynalı hansı məntiqlə işğalçı ölkənin ərazisinə keçməlidir? Ukraynanın şəhərlərində küçə döyüşləri gedir, işğalçılar tanımadıqları ərazidə pusquya düşürlər. Təslim olan rusiyalı hərbçilərin sayı o qədər artıb ki, Ukraynada onlar üçün bir neçə düşərgə salınması gərəkəcək.