Putin 48 ölkəni “dost olmayan ölkələr” siyahısına saldı və qarşılarında şərt qoydu - borclarınızı rublla ödəyin

8-03-2022, 00:11           
Putin 48 ölkəni “dost olmayan ölkələr” siyahısına saldı və qarşılarında şərt qoydu -
Rusiyanın Ukraynaya hücumlarından sonra bir çox ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edərək Ukraynanı dəstəkləmək qərarı verdi.

Moskva isə Rusiyanı küncə sıxışdırmağı hədəfləyən sanksiyalara qarşı müxtəlif addımlar atır. Rusiya prezidenti Putin bu kontekstdə “dost olmayan ölkələr” siyahısı ilə bağlı yeni fərman imzalayıb, Rusiya hökuməti isə Putinin fərmanını təsdiqləyib. Buna uyğun olaraq ötən il ABŞ və Çexiyanın daxil edildiyi dost olmayan ölkələr siyahısına yeni dövlətlər əlavə edilib. Yeni qərarla Avstraliya, İngiltərə, Avropa Birliyi ölkələri, İslandiya, Kanada, Lixtenşteyn, Monako, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, San Marino, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə və Yaponiya daxil 46 ölkə dost olmayan ölkələr siyahısına əlavə edilib. Yeni qərarıla Rusiyanın dost olmayan ölkələr siyahısındakı ölkələrin sayı 48-ə çatıb.

Rusiya bu qərarla sözügedən ölkələr qarşısında iqtisadi şərt də qoyub. Qərara görə, siyahıda olan ölkələr Rusiyaya olan borclarını rus valyutası rublla ödəməli olacaqlar. Rusiya bu yolla həddindən artıq ucuzlaşma yaşayan rublu gücləndirməyi hədəfləyir.

Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərman Rusiya şirkətlərinə “dost olmayan” ölkələrdəki şirkətlərə olan borclarını rublla ödəməyə icazə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru