Üçüncü raund: Danışıqlar yenə nəticəsiz başa çatdı

8-03-2022, 08:30           
Üçüncü raund: Danışıqlar yenə nəticəsiz başa çatdı
Humanitar dəhlizlərin loqistikasının yaxşılaşdırılması ilə bağlı çox kiçik irəliləyişlər var

“Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında kiçik müsbət irəliləyiş var”.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də bildirib.

“Üçüncü raund başa çatdı. Humanitar dəhlizlərin loqistikasının yaxşılaşdırılması ilə bağlı çox kiçik irəliləyişlər var… Bəzi dəyişikliklər olunacaq. Rusiyanın təcavüzündən əziyyət çəkən insanlara daha effektiv kömək edə biləcəyik. Atəşkəs və təhlükəsizlik təminatı ilə yanaşı, əsas siyasi məsələlər üzrə intensiv məsləhətləşmələr davam etdirilib”.

“Bu gün vəziyyəti ciddi şəkildə dəyişəcək nəticələr isə yoxdur. Amma məsləhətləşmələr davam edəcək və biz nəticəni görəcəyik” – Podolyak əlavə edib.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski isə Rusiya tərəfinin gözləntilərinin özünü doğrultmadığını bildirib: “Biz danışıqlara öz sənədlərimizlə gəlmişdik. Ukrayna tərəfi onları imzalamadı, amma özü ilə götürdü. Ümid edirik ki, növbəti dəfə daha böyük irəliləyiş olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru