Yaponiya dost olmayan ölkələr siyahısına daxil edildiyinə görə Rusiyaya etirazını bildirib

8-03-2022, 09:44           
Yaponiya dost olmayan ölkələr siyahısına daxil edildiyinə görə Rusiyaya etirazını bildirib
Yaponiya hökuməti bu ölkənin adının dost olmayan ölkələr və ərazi vahidləri siyahısına daxil edildiyinə görə Rusiyaya etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno martın 8-də keçirilən ənənəvi mətbuat konfransı zamanı bəyan edib.

“Yaponiyanın Rusiya tərəfindən dost olmayan ölkə kimi elan edilməsi təəssüf doğurur və biz bununla əlaqədar etirazımızı bildirmişik”, - deyə baş katib bildirib.

Xatırladaq ki, Rusiya hökuməti martın 7-də bu ölkəyə və onun vətəndaşlarına qarşı dost münasibəti göstərməyən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib. Siyahıda Yaponiya da yer alıb. Həmin ölkələr və ərazilər Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlara başlaması ilə əlaqədar Moskvaya qarşı sanksiyalara qoşulublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru