Medinski : "Ümid edirik, gələn görüşdə hansısa sənəd imzalana bilər"

8-03-2022, 12:47           
Medinski : "Ümid edirik, gələn görüşdə hansısa sənəd imzalana bilər"
"Rusiya tərəfinin Ukrayna ilə danışıqlarda gözləntiləri özünü doğrultmayıb". AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların üçüncü raundun yekunlarına görə bildirib.

"Müzakirələr siyasi və hərbi aspektlər üzrə davam etdi, lakin müsbət nəsə haqqında danışmaq hələ tezdir. Biz böyük sənədlər toplusu ilə gəldik, konkret razılaşmalar, layihələr və təkliflər irəli sürdük. Ukrayna tərəfi bütün bu sənədləri öyrənmək üçün özü ilə aparıb. Ümid edirik, gələn görüşdə hansısa sənəd imzalana bilər", - Medinski deyib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.