SON DƏQİQƏ! ABŞ 100 min hərbçi və aviasiya vasitələri GÖNDƏRİR

8-03-2022, 10:09           
SON DƏQİQƏ! ABŞ 100 min hərbçi və aviasiya vasitələri GÖNDƏRİR
ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Ukraynadakı vəziyyətlə əlaqədar Avropanın müxtəlif regionlarına əlavə qoşun və hərbi vasitələr göndərilməsi əmri verib.

32gun.az-ın CNN-ə istinadən xəbərinə görə, Pentaqon rəsmisi bildirib ki, Müdafiə departamenti ümumilikdə 500 əlavə hərbçinin göndərilməsini planlaşdırır.

Bundan başqa, qərar Yunanıstana “KC-135” tipli yanacaqdaşıyan təyyarənin göndərilməsini də nəzərdə tutur.

Bununla belə, əlavə neçə təyyarənin göndəriləcəyi ilə bağlı məlumat verməyib. Bundan başqa, Polşa və Rumıniyaya hava dəstəyi əməliyyatı mərkəzinin, Almaniyaya isə sursat təminatı və texniki dəstək bölmələrinin yerləşdiriləcəyi bildirilib.

Pentaqon rəsmisi qeyd edib ki, əlavə yerləşdirmədən sonra ABŞ-ın Avropada rotasiya və ya daimi qaydada mövcud olan hərbi personalının sayı təxminən 100 000 nəfər təşkil edəcək. // apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru