BMT ekspertləri Moskvada humanitar dəhlizləri müzakirə edəcək

8-03-2022, 11:22           
BMT ekspertləri Moskvada humanitar dəhlizləri müzakirə edəcək
BMT Rusiyanın Müdafiə Nazirliyi ilə Ukraynada dinc əhalinin çıxması və humanitar yardımın çatdırılması üçün humanitar dəhlizləri müzakirə etmək üçün Rusiyaya ekspertlər göndərib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.

Qeyd olunub ki, ekspertlər Rusiya hərbçiləri ilə birlikdə BMT-nin humanitar əməliyyatlarını genişləndirmək məqsədilə mülki şəxslərlə hərbçilər arasında koordinasiyanı yaxşılaşdırmaq üçün çalışacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru