Uçurum dərinləşir: Rusiya İranı da geridə qoydu

8-03-2022, 12:24           
Uçurum dərinləşir: Rusiya İranı da geridə qoydu
Rusiya Federasiyası kollektiv Qərbin tətbiq etdiyi cəzalar, sanksiyalar və embarqolar baxımından dünya lideri oldu.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, total sanksiyalara məruz qalan ölkələrin "qara siyahısı"nda ilk yeddiliyində Kuba 208 sanksiya ilə sonuncu yerdədir.

6-cı yerdəki Myanmaya qarşı 510, 5-ci yerdəki Venesuelaya qarşı 651, 4-cü yerdəki Şimali Koreyaya qarşı 2077, 3-cü yerdəki Suriyaya qarşı 2608, 2-ci yerdəki İrana qarşı 3616 sanksiya tətbiq olunub.

Rusiya Federasiyasına qarşı isə əgər fevralın 22-dək 2754 sanksiya tətbiq olunmuşdsa, fevralın 22-dən sonra həmin siyahıya 2778 sanksiya da əlavə olunub.

Beləliklə, hazırda RF-yə qarşı 5532 sanksiya qüvvədədir.

Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru