Avropa İttifaqı Belarusu işğalçı sayan bəyanat yaydı

8-03-2022, 12:26           
Avropa İttifaqı Belarusu işğalçı sayan bəyanat yaydı
Avropa İttifaqı Belarusla bağlı bəyanat yayıb. AzVision.az xəbər verir ki, qurum bəyan edib ki, Belarus Ukraynadakı münaqişə vəziyyətində təcavüzkar sayılır. Həmçinin bəyanatda deyilir ki, Ukraynada baş verənlər “beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır, Avropa və qlobal təhlükəsizlik və sabitliyinə xələl gətirir”.

- BMT Baş Assambleyasının ötən həftə qəbul etdiyi qətnamə beynəlxalq ictimaiyyətin Rusiyanın təcavüzkar müharibəsinə qarşı həmrəy olduğunu göstərdi. Rusiya Belarusdakı rejim ilə can itkisi, yaralanma və dağıntılara görə məsuliyyət daşıyacaq, - bəyanatda deyilir.

Qeyd edək ki, Belarus hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında bir nəfər də olsun belarus əsgəri və ya hərbi texnikası iştirak etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru