Zelenski Beynəlxalq Qırmızı Xaç Komitəsini ittiham edib

8-03-2022, 17:47           
Zelenski Beynəlxalq Qırmızı Xaç Komitəsini ittiham edib
“Beynəlxalq Qırmızı Xaç Komitəsi bizim humanitar missiya icra edən maşınlarımızda onun emblemindən istifadəni qadağan edib”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 8-də etdiyi ilk video-müraciətdə bildirib.

“Qırmızı Xaç bunu edir, elə bil bu, onların öz əmlakıdır. Bu, bir nümunədir. Bu, bir çox mətləblərdən xəbər verir. Bu, bəzi çox nüfuzlu şəxslərin ukraynalıların məhv edilməsinə qərar verdiklərinin göstəricisidir. Mən buna yol verməyəcəyəm. Biz buna yol verməyəcəyik. Dostlarımız bizimlə bir cərgədədir.

Əlbəttə, biz Ukraynaya yardım etməyi bilən tərəfdarlarımız, bütün dövlətlərin parlament sədrləri ilə danışıqlar davam etdirirk”, - o vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna, Rusiya və Beynəlxalq Qırmızı Xaç Komitəsi Ukraynanın Sumı şəhərindən humanitar dəhlizlə bağlı razılıq əldə etmişdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.