Çin ABŞ-ı Ukraynadakı biolaboratoriyalar haqqında ətraflı məlumat verməyə çağırıb

8-03-2022, 17:54           
Çin ABŞ-ı Ukraynadakı biolaboratoriyalar haqqında ətraflı məlumat verməyə çağırıb
Rəsmi Pekin ABŞ-ı Ukraynadakı hərbi bioloji laboratoriyalar haqqında detallı məlumat verməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Cao Licien martın 8-də qurumun ənənəvi mətbuat konfransında mövzu ilə bağlı danışarkən belə deyib. O, bütün tərəfləri Ukraynadakı 26 biolaboratoriyanın təhlükəsizliyini təmin etməyə çağırıb.

Cao Licien Birləşmiş Ştatları təkcə Ukraynada deyil, öz ölkəsi də daxil olmaqla bütün dünyada bioloji silahlar üzrə fəaliyyəti barədə geniş məlumat verməyə çağırıb. O, ABŞ Müdafiə Nazirliyinin biotəhlükəsizlik risklərinin azaldılması və qlobal səhiyyənin qorunması adı altında 30 ölkədə 336 hərbi bioloji laboratoriyası olduğunu iddia edib. Diplomat ABŞ-ın son 20 ildə ölkə daxilindəki və xaricindəki bioloji obyektlərinin təftişinə birtərəfli qaydada etiraz etdiyini deyib.

Qeyd edək ki, Çin XİN rəsmisinin bu açıqlaması Rusiya Müdafiə Nazirliyinin ABŞ-ın maliyyə dəstəyi ilə Ukraynada hərbi bioloji proqramın icra olunmasına dair sübutların olması ilə bağlı bəyanatından sonraya təsadüf edir. Rusiya Müdafiə Nazirliyi Birləşmiş Ştatların Ukraynadakı bioloji laboratoriyaların fəaliyyətinə 200 milyon dollar ayırdığını, Ukrayna Müdafiə Nazirliyinin sanitar-epidemioloji idarəsi tabeliyindəki laboratoriyanın ABŞ-ın hərbi bioloji proqramında iştirak etdiyini iddia edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.