“Münaqişə Ukraynanın hüdudlarını aşmamalıdır” - NATO Baş katibi

9-03-2022, 08:20           
“Münaqişə Ukraynanın hüdudlarını aşmamalıdır” - NATO Baş katibi
“Ukraynadakı münaqişə qonşulara adlamamalıdır”.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq bəyan edib. TASS agentliyi ondan sitat gətirir.

Alyans başçısının sözlərinə görə, NATO mümkün olan hər şeyi etməlidir ki, Ukraynadakı gərginlik ölkənin ərazisi ilə məhdudlaşsın və onun hüdudlarından kənara çıxmasın.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, onun NATO-ya daxil olmaq barədəki istəyi «soyuyub». «NATO-ya aid - mən bu məsələdə o vaxt soyudum ki, biz anladıq, NATO Ukraynanı qəbul etməyə hazır deyil. Alyans Rusiya ilə fikir ayrılığından və cəbhələşmədən qorxur» - RİA Novosti Zelenskidən sitat gətirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru