Biz bunu etsək, Avropada sabitlik pozulacaq - İsveç
9-03-2022, 08:34
Hazırda Stokholmun NATO-ya daxil olmaq tələbi yalnız Avropada sabitliyi pozar.
Axar.az xəbər verir ki, bunu İsveç Baş naziri Maqdalena Andersson deyib.
“Əgər İsveç NATO-ya müraciət etmək qərarına gəlsə, bu, Avropanın bu hissəsində sabitliyi daha da pozacaq və gərginliyi artıracaq. Belə olan halda İsveç sabitliyi pozmağa “yardım” etmiş olar”, - Andersson qeyd edib.