Ukrayna-Rusiya danışıqlarının növbəti raundu BAŞ TUTDU

21-03-2022, 17:14           
Ukrayna-Rusiya danışıqlarının növbəti raundu BAŞ TUTDU
Bu gün, martın 21-də Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu baş tutub.

Bizim.Media “Ukraynskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya məlumat verib.

"Görüş artıq baş tutub. Saat 10:30-dan 12:00-a kimi rəsmi nümayəndə heyətləri onlayn müzakirələr aparıb.

Sonra işçi qruplar yenidən yola düşüblər. Bu gün biz bütün günü danışıqlarla bağlı işləyəcəyik", - deyə Araxamiya bildirib.

Ukrayna rəsmisi danışıqların gedişi ilə bağlı əlavə məlumat verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru