SHXÇDX-nin Hacıqabul rayon şöbəsində rüşvətxorluq və anarxiya baş alıb gedir

15-04-2016, 20:53           
SHXÇDX-nin Hacıqabul rayon şöbəsində rüşvətxorluq və anarxiya baş alıb gedir
Emil Əlimusa oğlu Salmanov hansı yolla «neqodnıy» hərbi bilet alıb?


İstər R.Şirinov, istər Asif İmanov, istərsə də Nurlan Abbasovun zamanında fiziki və əqli cəhətdən sağlam gənclər hərbi xidmətdən yayındırılıb Son illər ərzində ordumuzun döyüş qabiliyyəti, silah-sursatla təminatı, maddi-texniki bazası, həbri hazırlığı sürətlə inkişaf etsə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir sıra rayon şöbələrində yaşanan neqativ hallar bəzi məqamlarda əldə olunan uğurlara mənfi təsir göstərir, əlavə problemlər yaradır, Silahlı Qüvvələrin işini çətinləşdirir. Misal kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsini göstərmək olar.

teref.az baku.news-ə istinadən yazır ki, belə ki, xidmətin Hacıqabul rayon şöbəsində mütəmadi xoşagəlməz olayların yaşandığını qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə deyilir ki, istər polkovnik-leytenant R.Şirinovun, istər polkovnik-leytenant Asif İmanovun, istərsə də Nurlan Abbasovun zamanında sözügedən qurumda fiziki və əqli cəhətdən sağlam gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılıb: «Deyilənlərə görə, Asif İmanov Hacıqabul rayon hərbi komissarı vəzifəsində çalışdığı dönəmlərdə çağırışçıların konkret hansı hərbi hissəyə göndərilməsi məsələsini aldığı rüşvət qarşılığında həll edib. Belə ki, o zamanlar o, rayondakı imkanlı şəxslərin övladlarını 7-10 min manat müqabilində məsələn, Bakıdakı hərbi hissələrə göndərib. Onu da nəzərinizə çatdırım ki, Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun «hərbi xidmətə yararsız»lığı barədə o vaxtkı hərbi komissar Asif İmanovun imzası ilə sənəd aldığı haqda söhbətlər də dolaşmaqdadır. Deyilənlərə görə, Asif İmanov dövlət reysteri xidmətinin sabiq rəhbəri Arif Qaraşovun yaxın adamlarındandır. Məhz elə bu səbəbdən də o Hacıqabul rayon hərbi komissarı vəzifəsində təmsil olunduğu vaxt Arif Qaraşov tərəfindən ciddi şəkildə himayə olunub. Lakin Arif Qaraşovun vəzifədən getməsindən sonra Asif İmanovun əli-qolu bağlanıb və bir mıddət keçdikdən sonra o, kreslosundan mərhum olub».

Asif İmanovdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsinin rəisi vəzifəsinə Nurlan Abbasovun gətirildiyini vurğulayan mənbə bildirir ki, onun zamanında da rayon sakinləri pul qarşılığında həqiqi hərbi xidmətdən yayınmağa müvəffəq olub: «Misal kimi, Hacıqabul rayon sakini, 15.03.1984-cü il təvəllüdlü Emil Əlimusa oğlu Salmanovu göstərmək olar. Belə ki, o, 15.05.2002-ci il tarixdə Hacıqabul Rayon Hərbi Komissarlığı tərəfindən hərbi bilet əldə edib. Orta təhsilli olan bu şəxsə verilən hərbi biletin 17-ci səhifəsində polkovnik-leytenant R.Şirinovun imzası ilə qeyd olunur ki, 08.02.2008-ci ildə Emil Əlimusa oğlu Salmanov Hacıqabul Rayon Hərbi Komissarlığı nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin I qrup 52 C maddəsinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi 24.03.2000-ci il 95 saylı əmri) əsasən məhdudiyyətlə hərbi xidmətə yararlıdır. Hərbi biletdə deyilir ki, adıçəkilən hərbi çağırışçı dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlıdır». Nəzərinizə çatdıraq ki, hərbi biletin 21-ci səhifəsində qeyd olunur ki, 03.02.2014-cü il tarixdə Hacıqabul rayon hərbi komissiyarı polkovnik-leytenant Asif İmanovun imzası ilə təsdiqlənib ki, 03.02.2011-ci ildə Emil Əlimusa oğlu Salmanov Hacıqabul Rayon Hərbi Komissarlığı nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin I qrup 52 C maddəsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlıdır. Hərbi biletin növbəti, yəni 22-ci səhifəsində isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsinin rəisi Nurlan Abbasov da təxminən, eyni məzmunlu bilgiləri öz imzası ilə təsdiqləyib. Emil Əlimusa oğlu Salmanovun növbəti dəfə 14.04.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsinin nəzdindəki komissiyadan keçəcəyini deyən məlumatlı şəxsin iddiasına görə, o, bu dəfə də eyni üsullara baş vuraraq həqiqi hərbi xidmətə yararsız olduğuna dair rəy almağa müvəffəq olacaq: «Bütün bunlar onu deməyə əsas verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi üzərinə düşən işin öhdəsində layiqincə gəlməyi bacarmır, ölkənin hərbi çağırış sistemində ciddi qanun pozuntularının yaranmasına səbəb olur. Deyilənlərə görə, SHXÇDX-nin Hacıqabul rayon şöbəsində hərbi xidmətinə göndərilən əsgərin qeydiyyatında müəyyən süni problemlər yaşanır. Bir sözlə, adıçəkilən qurumda rüşvətxorluq və anarxiya baş alıb gedir. Odur ki, Hərbi Prokurorluq, eyni zamanda xidmət rəisi general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsinin fəaliyyətinin ciddi şəkildə araşdırılması ilə bağlı müvafiq göstəriş versə yerinə düşər. Çünki Emil Əlimusa oğlu Salmanovun hansı yolla «neqodnıy» hərbi bilet almasına aydınlıq gətirilməlidir…»
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.