Rusiyalı ekspertdən ABŞ-a qarşı canlı efirdə ağılasığmaz çıxış – VİDEO

23-04-2022, 15:49           
Rusiyalı ekspertdən ABŞ-a qarşı canlı efirdə ağılasığmaz çıxış – VİDEO
“Amerikalıların bu cür raketləri yoxdur və heç vaxt da olmayıb”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Rusiya dövlət kanalında yayımlanan “60 dəqiqə” verilişində gedən müzakirələr zamanı səsləndirilib.

Belə ki, Rusiyanın yeni təqdim etdiyi “Sarmat” raketi ilə bağlı danışan ekspert “Cənub və ya şimal hissəsinin fərqi yoxdur, bizim hədəfimiz Amerikanın kontinental hissəsidir”, - deyə qeyd edib.
Aparıcının “Əgər bu raketlə ABŞ-a zərbə endirilərsə, ən pis ssenariyə görə hansı dağınıtlar baş verəcək?” - sualını isə qonaq bu cür cavablandırıb:

“Biz əgər 7,5 megaton başlıqlı raketlə bizim keçmiş “partnyor”umuzu hədəf alsaq, Nyu-York kimi gözəl bir şəhər tamamilə yer üzündən silinəcək. Cəmi bir raketlə, tamamilə məhv olacaq. Yaxşı olardı ki, biz bunu etməyək. Amerikalılar hər zaman bizim raketlərimizdən qorxublar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.