“Assist Finance”ın sahibi nə qədər qazanır? - Qısa vaxtda qoyduğu “maya”nın iki qatını çıxardı

Bu gün, 16:34           
“Assist Finance”ın sahibi nə qədər qazanır? - Qısa vaxtda qoyduğu “maya”nın iki qatını çıxardı
“Assist Finance Investisiya Şirkəti” ASC 2024-cü il üzrə səhmdarlarına dividend ödəyib.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, investisiya şirkəti ötən ili 700 min manat xalis mənfəətlə bitirib. Bu mənfəətin 608,1 min manatı şirkətin sahibinə dividend kimi ödənilib. Bu 2023-cü illə müqayisədə 3 dəfə çoxdur. Belə ki, “Assist Finance”

2023-cü il üzrə 657 min manat xalis mənfəət əldə etmişdi. Onun isə 200 min manatı dividendə yönəldilmişdi.

Başqa sözlə, şirkət sahibi ümumilikdə 808 min manatdan çox dividend əldə edib və qısa müddətdə yenicə sahibi olduğu şirkətə qoyduğu “maya”nın iki qatını çıxara bilib.

Xatırladaq ki, “Assist Finance Investisiya Şirkəti” ASC 2018-ci ildə qeydiyyata alınmış “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. 2023-cü ildə 350 min manata investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satılıb. Hazırda şirkətin 100% səhmdarı R.Cəfərovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru