"Ukraynanın Mariupolu müdafiəsi etməsi qarşı tərəfin döyüş qabiliyyətini aşağı salıb" - Britaniya MN

25-04-2022, 11:27           
 "Ukraynanın Mariupolu müdafiəsi etməsi qarşı tərəfin döyüş qabiliyyətini aşağı salıb" - Britaniya MN
Rusiya Müdafiə Nazirliyi ölən hərbi qulluqçuların ailələrinə təzminat ödəmələrinə mülki məmurlar deyil, hərbçilər tərəfindən nəzarət edilməsini təklif edib.

Teref.az “Report”a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin tviter səhifəsində yazılıb.

“Bu, çox güman ki, Rusiyanın itkilərin real miqyasını gizlətmək istəyi ilə bağlıdır. Rusiya Mariupoldakı Azovstal polad zavoduna hücum etmək əvəzinə, oranı mühasirəyə alır. Bu, o deməkdir ki, şəhərdə xüsusi fəallıq yoxdur. Ukraynanın Mariupolu müdafiəsi etməsi qarşı tərəfin döyüş qabiliyyətini aşağı salıb. Biz beynəlxalq müttəfiqlərimizlə birlikdə Ukraynanı dəstəkləməkdəyik. Britaniya hökuməti Ukraynaya iqtisadi, humnaitar və müdafiə xarakterli hərbi yardım göstərir. Həmçinin biz Rusiya və Belarusa əlavə sanksiyalar tətbiq edirik”, - paylaşımda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru