Separatçılar razılaşma ilə Qarabağdan ÇIXARILIR

6-05-2022, 10:22           
Separatçılar razılaşma ilə Qarabağdan ÇIXARILIR
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istəyirlər.

"Ermənilərin hansı institusional təhlükəsizlik təminatlarına sahib olacağı hələlik məlum deyil, Azərbaycanla danışıqlar prosesində bu təminat məsələsi müzakirə olunacaq. Danışıqlar zamanı qərara gəlsək, soydaşlarımızın təhlükəsizliyinin bimənalı şəkildə təmin olunduğunu görsək, bununla razılaşacağıq".

"Qarabağ münaqişəsinin" hələ də qaldığını iddia edən Qriqoryan əlavə edib ki, məsələnin həllini ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsində görürlər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan "status" məsələsinin arxa plana keçdiyini, "təhlükəsizlik və hüquqi təminat" istədiklərini açıqlamışdı. Ermənistan müxalifəti buna görə etiraz aksiyasına başlasa da, Qriqoryanın açıqlaması gündəliyin dəyişmədiyini deməyə əsas verir. Mümkündür ki, Prezidentin köməkçisi Hikmət Hacıyevlə Qriqoryanın mayın 2-də Brüsseldə keçirilən görüşündə bu məsələlər müzakirə olunub.

Ermənilərin "təhlükəsizliyi və hüquqi təminatı" o deməkdir ki, nəinki "status", ümumiyyətlə hər hansı idarəçilik verilmir, Azərbaycanın digər vətəndaşları kimi onlar da bərabərhüquqlu şəraitdə yaşayırlar. Bu həm də Xankəndidəki separatçı-terrorçuların da bölgədən çıxacağı deməkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.