“Veto hüququndan məhrum edildiniz” – Dumanın sədri ölkələri Aİ-dən çıxmağa çağırdı

6-05-2022, 14:12           
“Veto hüququndan məhrum edildiniz” –
“Avropa İttifaqının bir hissəsi olan dövlətlər suverenliyini qorumaq və öz vətəndaşlarının maraqlarını müdafiə etmək istəyirlərsə, onların yalnız bir yolu qalır – bu qurumdan çıxmaq”.

Teref.az yazır ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa Parlamentinin Avropa İttifaqında (Aİ) islahatlarla bağlı qərarını şərh edərkən bildirib.

Volodinin sözlərinə görə, Avropa Parlamenti Aİ üzvlərinin veto hüququndan imtina etməsini təklif edir: “Ayrı-ayrı dövlətlərin və onların vətəndaşlarının fikirləri nəzərə alınmayacaq və bu, milyonlarla avropalının səsvermə hüququndan məhrum edilməsinə gətirib çıxaracaq”.

Avropa Parlamenti Aİ-də islahatlara dair qətnaməni mayın 4-də qəbul edib. Sənəd “Avropanın Gələcəyi” konfransı çərçivəsində il ərzində Avropa ölkələrinin rezidentləri ilə ictimai məsləhətləşmələr nəticəsində qəbul olunub. Sənəddə ən mühüm qərarların yekdilliklə qəbul edilməsi prinsipinin ləğvi təklif olunur.

“Yekdilliklə qərara alınan bütün məsələlər müvafiq səs çoxluğu (iştirak edənlərin üçdə ikisi və ya dörddə üçü-red) ilə həll edilməlidir”, – sənəddə deyilir. Avropa Parlamenti üzvlərinin fikrincə, yekdilliklə qərar qəbuletmə mexanizmi razılaşmanı çətinləşdirir./azpost.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.