Hikmət Hacıyev susdu, Qriqoryan açıqladı

6-05-2022, 14:21           
Hikmət Hacıyev susdu, Qriqoryan açıqladı
Mayın 2-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Brüsseldə görüş keçirmiş Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda brifinq keçirib.

"Turan" agentliyi xəbər verir ki, Qriqoryan deyib ki, sülh danışıqları "5+6" gündəliyi əsasında, yəni Bakının təklif etdiyi bəndlərə İrəvanın irəli sürdüyü 6 bəndin əlavə edildiyi gündəlik əsasında başlamalıdır.

Qriqoryanın bəhs etdiyi "5+6" düsturuna gəlincə, bu düstur Azərbaycanın təklif etdiyi prinsiplərin (5) Ermənistanın təklifləri ilə (6) birləşdirilməsini nəzərdə tutur.

O qeyd edib ki, Azərbaycan suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasını, gələcəkdə ərazi iddialarından imtinanı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin (sovet dövrünə əsasən) delimitasiyasında və demarkasiyasını, sülh müqaviləsinin bağlanmasını zəruru sayır və Ermənistan tərəfi bunu qəbul edir.

Amma Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət və onlara müəyyən status verilməsini də istəyir.

Qriqoryanın sözlərinə görə, bu məsələlər Azərbaycanla müzakirə olunur.

Qriqoryan həmçinin Ermənistan və Azərbaycan arasında anklavların qaytarılmasının baş tutmayacağı, 90-cı illərin əvvəllərində işğal edilmiş üç Azərbaycan anklavının və bir Ermənistan anklavının mübadilə edilə biməyəcəyini iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru