Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini məhdudlaşdırıb

12-05-2022, 11:28           
Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini məhdudlaşdırıb
Moskva ilə gərginliyin artmasının qarşısını almaq üçün Vaşinqton Kiyevlə kəşfiyyat məlumatlarını məhdudlaşdırıb.

APA xəbər verir ki, bu barədə “Washington Post“ məlumat yayıb.

Bildirilir ki, ABŞ administrasiyası daxili təlimat əsasında kəşfiyyat orqanlarına Rusiya hərbi rəhbərlərinin və nazirlərinin (Ukrayna ərazisindəki zabitlərə şamil edilmir) yerləşdiyi yerlər haqqında məlumatları ötürməyi qadağan edib.

Bu təlimat həmçinin Ukrayna xaricindəki hədəflər haqqında məlumat verməyi də qadağan edir.

Qeyd edək ki, Vaşinqton Ukrayna tərəfinə rus qoşunlarının hərəkəti haqqında məlumat ötürür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru